Mehriban Əliyeva şəhid qardaşının müalicə xərclərini öz üzərinə götürdü – FOTO

Cəmiyyət Gündəm

Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyeva şəhid polkovnik Səməd Abbasovun ailə üzvlərinin müraciətinə dərhal reaksiya verib.

Şəhidin ailə üzvləri Unikal.org-a bildiriblər ki, Birinci vitse-prezidentin göstərişi ilə Heydər Əliyev Fondunun nümayəndələri şəhid Səməd Abbasovun qardaşı, ağır cərrahi əməliyyatdan sonra hazırda reanimasiyada olan Məzahir Abbasovun səhhəti ilə dərhal maraqlanıb, onun müalicə xərclərinin Fond tərəfindən ödəniləcəyini bildiriblər.

Şəhidin ailə üzvləri göstərilən bu diqqət və qayğıya görə həm Azərbaycan Respublikasının Prezidentinə, həm Birinci vitse-prezidentə, həm də Heydər Əliyev Fondunun nümayəndələrinə öz minnətdarlıqlarını bildiriblər:

“Dərhal verilən bu reaksiyaya, şəhidin ailə üzvünə göstərilən diqqətə görə başda cənab Prezident və Birinci vitse-prezident olmaqla, Heydər Əliyev Fondunun nümayəndələrinə sonsuz təşəkkürümüzü bildiririk.

Mehriban xanım çox sağ olsun, göstərdiyi bu diqqət bizdə ağır xəstəlikdən əziyyət çəkən ailə üzvümüzün tezliklə sağalacağına inam yaradıb”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir