Bakı sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb

Cəmiyyət

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə Murtuza Muxtarov küçəsində baş verib.

1978-ci il təvəllüdlü İmanov Ceyhun Nəriman oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

www.102info.az