Ağdaşda dayanacaqda 66 yaşlı kişinin meyiti aşkarlanıb

Cəmiyyət

Ağdaş rayonunda dayanacaqda 66 yaşlı kişinin meyiti aşkarlanıb.

“Report” xəbər verir ki, hadisə noyabrın 17-də rayonunun Yuxarı Ləki kəndi ərazisində Ləki-Zərdab yolunun kənarında yerləşən dayanacaqda qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü, tüfeyli həyat tərzi keçirmiş, spirtli içki aludəçisi olan Qasımov Umar Qasım oğlunun üzərində xəsarətləri olmayan meyiti aşkar edilib.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.

www.102info.az

Spread the love