Azərbaycanda daha 40 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib – FOTO

Cəmiyyət

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 42 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 889 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 669 nəfər müalicə olunaraq sağalıb, 9 969 nəfər vəfat edib, aktiv xəstə sayı 251 nəfərdir.

Ölkədə son sutka ərzində 1 571, hazırkı dövrədək isə 7 353 252 test aparılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir