Sumqayıtda yataqxanada yanğın olub – FOTO

Cəmiyyət

Sumqayıtda yataqxanada yanğın olub.

APA-nın məlumatına görə, hadisə şəhərin 18-ci məhəlləsində 1 saylı yataqxanada olub.

Belə ki, yataqxananın birinci mərtəbəsində Sima Muxtarovaya məxsus 1 otaqlı mənzildə yanğın olub. Hadisə zamanı mənzilin dəhlizinin yanar konstruksiyaları və geyim əşyaları yanıb. Mənzil sahibi xilas edilib, yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğının baş vermə səbəbləri araşdırılır.

www.102info.az