Cəlilabad rayon sakini həmkəndlisini bıçaqlayıb.
“Report”un məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Cəlayir kəndində baş verib.
Belə ki, kənd sakini 1981-ci il təvəllüdlü Rahib Aslanlı qarın boşluğuna nüfuz edən bıçaq xəsarəti ilə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Yaralıya xəstəxanada müvafiq tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az