Abşeronda avtobus piyadanı vuraraq öldürüb

Cəmiyyət

Novxanı-Binəqədi şosesində ölümlə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Novxanı qəsəbəsinin çıxışında qeydə alınıb.

Orta yaşlı kişi piyada yolun əks tərəfinə keçmək istəyərkən onu “İkarus” markalı avtobus vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Ölən şəxsin kimliyini müəyyən etmək üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbəsinə təhvil verilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir