Körpə bacıların vəziyyəti ağırdır, birinin bütün bədəni yanıb: “Hətta yemək almağa çətinlik çəkirik” – FOTO

Cəmiyyət

Cəlilabad rayonunda yaşayan ailə dəhşətli hadisə ilə üzləşib.

Bu barədə Oxu.Az-a rayon sakini Mirzəyeva Nərmin məlumat verib.

O qeyd edib ki, 2020-ci il təvəllüdlü övladı Mirzəyeva Damla Asim qızının üzərinə qaynar su dolu qazan aşıb:

“Hadisə noyabrın 11-də baş verib. Qızımın vəziyyəti ağır olduğu üçün oradan birbaşa Bakıya göndəriblər. Hazırda Bakıda xəstəxanalardan birində müalicə alır. Qızım iki dəfə dəridəyişmə əməliyyatı ediləcək. Həkimlər ona 4-cü dərəcəli termiki yanıq diaqnozu qoyublar”.

Bundan əlavə, onun digər övladı da ağır vəziyyətdə şəhər xəstəxanalarının birində müalicə alır:

“Mən iki yaşlı körpəmin sağalması üçün Bakıda olduğum müddətdə digər övladım, 2021-ci il təvəllüdlü Mirzəyeva İlahə baxımsızlıqdan ağır xəstələnib və ona pnevmoniya diaqnozu qoyulub. Təcili tibbi yardımla onu da Bakıya gətirdilər və bir neçə gün reanimasiyada qaldı”.

Hazırda körpələri üçün iki xəstəxana arasında qalan Nərmin xanım maddi vəziyyətlərinin çox ağır olduğunu, bəzən imkanslızlıqdan hətta yemək almaqda çətinlik çəkdiyini bildirib. 

Məlumat üçün qeyd edək ki, yanıq xəsarətləri alan iki yaşlı Damlanın müayinə və müalicəsi icbari tibbi sığorta çərçivəsində qarşılanacaq.

Lakin hər iki uşağın gündəlik ehtiyaclarını qarşılamağa, onlara lazım olan dərmanları almağa görə ailəyə dəstək lazımdır.  

Ailə ilə əlaqə nömrəsi: 050-414-63-85 (anası Nərmin Mirzəyeva)

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir