Qadınlara əxlaqsız təkliflər edən sürücünün 66 profili olub

Cəmiyyət

Qadın sərnişinlərə qeyri-etik təkliflər edən 29 nəfər taksi sürücüsü inzibati məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev həmin sürücülərdən biri ilə bağlı paylaşım edib.

“Saxlanılan taksi sürücülərindən birinin başqa-başqa adlar altında, müxtəlif məqsədlər üçün açılan “Facebook” üzrə 44 profili, altı səhifəsi, dörd “TikTok” hesabı, 12 “Instagram” profili olması müəyyən edilib”, – deyə paylaşımda qeyd olunub. 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir