“Bakı metropoliteninin “yaşıl xətti” üzrə yerləşən, şərti adı Y-15 olan “Həzi Aslanov-2” stansiyasının tikintisi gələn il davam etdiriləcək”.
Bunu Trend-ə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.
O bildirib ki, hazırda tikinti işləri müvəqqəti dayandırılıb.
“Hazırda “Həzi Aslanov-2” stansiyasında tikinti getmir. Amma stansiyanın böyük bir hissəsi tikilib. Gələn il müəyyən şərtlər daxilində biz stansiyanın tikintisini davam etdirə bilərik. Tikinti üçün Bakı metropoliteninin kifayət qədər imkanları var”, – Ə.Osmanov bildirib.
Xatırladaq ki, Bakı metropoliteninin hazırda 26 stansiyası, 1 elektrik deposu və 38,8 kilometr uzunluğunda 3 xətti var.
www.102info.az