İTV kabel telekanallarında dünya çempionatının yayımının dayandırılmasına aydınlıq gətirib

Cəmiyyət

Bəzi sosial şəbəkələrdə Qətərdə Futbol üzrə dünya çempionatının oyunları keçirilən zaman Azərbaycanda kabel telekanallarının çempionatla bağlı yayımının dayandırıldığı bildirilir və qeyd olunur ki, oyunlar başlayan zaman həmin telekanallar əvəzinə, “İctimai” TV yayımlanmağa başlayır.

İctimai Televiziya və Radio Yayımları Şirkəti yayılan məlumatlara aydınlıq gətirib. 

“İctimai Televiziya və Radio Yayımları Şirkətinin Avropa Yayım Birliyi (EBU) ilə imzaladığı müqaviləyə görə, bu il 20 noyabr tarixindən Qətərdə başlayan futbol üzrə dünya çempionatının (2022 FIFA World Cup) bütün oyunlarının Azərbaycan ərazisində müstəsna yayım hüququ yalnız “İctimai” TV və “İctimai” Radioya məxsusdur.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Audiovizual Şurası, bütün yerli telekanallar, kabel televiziyaları və IPTV-lər rəsmən məlumatlandırılıb.

Futbol üzrə dünya çempionatının oyunları keçirilən zaman TRT və “Matç” TV-nin Azərbaycanda yayımının dayandırılması çox güman ki, həmin telekanalların bu oyunları ölkəmizdə yayım hüququnun olmaması ilə bağlıdır”, – məlumatda bildirilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir