Sabirabadda 61 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.
“Report”un məlumatına görə, hadisə rayonun Suqovuşan kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1961-ci il təvəllüdlü İsmayılov Səfər Əli oğlu hamamda çimərkən dəm qazından zəhərlənib. O, Sabirabad Rayon Xəstəxanasına çatdırılsa da, artıq gec olub.
S.İsmayılov xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az