QMİ nümayəndəsinin oğluna hökm oxundu

Cəmiyyət

Həcc ziyarəti zamanı tanış olduğu şəxsdən gömrükdən mal keçirmək adı ilə pul alaraq dələduzluq etməkdə təqsirləndirilən Hüseynağa Şahmarova hökm oxunub və o, şərti olaraq bir il müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, H.Şahmarov gömrük brokeri kimi fəaliyyət göstərib. O, Məkkədə həcc ziyarətində olarkən tanış olduğu Ceyhun adlı şəxsdən dörd min manat alıb.

Belə ki, H.Şahmarov Bakı Baş Gömrük İdarəsində Ceyhuna məxsus üç TIR mal olduğunu və idarədən buraxılmadığını öyrənib. Təqsirləndirilən şəxs Ceyhuna həmin malları gömrük yoxlanışından sürətli şəkildə keçirəcəyinə dair vəd verib. Daha sonra o, pulu alsa da, vədinə əməl etməyib.

Xatırladaq ki, H.Şahmarov Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, “Təzə Pir” məscidində imamın müavini işləyən Hacı Tahirin (Tahir Şahmarov) oğludur.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir