Türkiyədə baş verən zəlzələnin Azərbaycana təsiri varmı?

Cəmiyyət

“Türkiyədə baş verən zəlzələnin Azərbaycana heç bir təsiri yoxdur”.

Bunu Trend-ə açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli deyib.

“Zəlzələ qeydə alınan yer tamam başqa regiondur. Orada gedən tektonik proseslərin, dərinlik qırılmalarının Azərbaycanla ümumiyyətlə bağlılığı yoxdur. Əhalinin təşvişə düşməsinə heç bir əsas yoxdur”, – deyə o bildirib.

Qeyd edək ki, çərşənbə günü səhər İstanbul yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Düzce vilayətində olub, ocağı 6,8 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində 46 nəfərin yaralandığı bildirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir