Gəncədə dörd nəfər dəm qazından zəhərlənib
APA-nın məlumatına görə hadisə şəhərin Muxtar Hacıyev küçəsində yerləşən binada qeydə alınıb. Hadisə zamanı dörd azyaşlı xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, 2020-ci il təvəllüdlü Z.Musayeva ölüb, daha üç nəfər – Zeynəb Musayeva, Dərya Musayeva və Fatimə Musayevanın müalicəsi davam edir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
www.102info.az