Bakının Yasamal rayonunun bir hissəsinə suyun verilişi dayandırılıb.
Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən məlumat verilib.
Bildirilib ki, nasos stansiyasında baş vermiş nasazlıqla əlaqədar Yasamal rayonunun Şərifzadə, Zərdabi, A.Abbasov və N.Hikmət küçələrinin bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb.
“Hazırda qəza-bərpa xidmətinin əməkdaşları nasazlığın aradan qaldırılması üçün ərazidə işləyir”, – deyə məlumatda qeyd olunub.
www.102info.az