Bu ilin 6 ayında açıq məkanlardakı 1 322 reklamda “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun tələblərinin pozulmasına, 1 329-da isə estetik görünüşə uyğun olmayan hallara rast gəlinib.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Dövlət Reklam Agentliyindən (ADRA) məlumat verilib.
Bildirilib ki, açıq məkanda reklamlarla bağlı qanunvericiliyin tələblərini pozmuş 2 689 sahibkara icrası məcburi olan xəbərdarlıq verilib, 205 iş baxılması üçün məhkəmələrə göndərilib.
“Ötən müddət ərzində ADRA-nın 1412 Çağrı Mərkəzinə ümumilikdə 1 820 müraciət daxil olub. Edilən müraciətlərin əksəriyyəti açıq məkanda reklam yerləşdirmək üçün prosedur qaydaları, eləcə də dövlət rüsumu və yayım haqqının hesablanması ilə bağlıdır”, – məlumatda qeyd olunub.
www.102info.az