“Azersun Holding” işçilər axtarır – VAKANSİYALAR

Cəmiyyət



Namizədə aid tələblər
– Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
– Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi;
– Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
– Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
– Beynəlxalq mühasibatlığı bilməli (ACCA sertifikatı olması əlavə üstünlükdür);
– MS Office, 1C, BTP, EVHF, B1, B3 hesabatları mükəmməl səviyyədə bilməli;
– ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli.
İş haqqında məlumat
– Vergi, statistika və DSMF hesabatların hazırlanması;
– Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
– Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
– Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
– Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Baş mühasib”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.
AZƏRSUN HOLDİNQ
Maliyyə üzrə mütəxəssis
Namizədə aid tələblər:
– Mühasibatlıq, Maliyyə ixtisasları üzrə tam ali təhsil;
– Aidiyyatı sahə üzrə minimum 2 illik iş təcrübəsi;
– Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Excel) bilməli;
– 1C, SAP, Logo, Unity proqramlarda işləyə bilməli;
– Incoterms şərtlərini bilməli;
– Vergi və rüsumların ödəmə üsullarını bilməli;
– Beynəlxalq mühasibatlıqla bağlı sertifikatların (ACCA) olması üstünlükdür.
İş haqqında məlumat:
– Maliyyə cədvəllərinin hazırlanması;
– Rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi;
– Pərakəndə və İstehsalat müəssisələrindən gələn hesabatlara əsasən data analizinin aparılması;
– Mütəmadi olaraq məhsuldarlığın və proseslərin analiz edilməsi, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
– Maliyyə cədvəlləri vasitəsilə layihə mənfəətinə təsir edən amillərin qarşısının alınması;
– Maliyyə ehtiyatlarının yetərli olub-olmamadığını müəyyən etmək üçün maliyyə nisbətlərinin hesablanması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Maliyyə üzrə mütəxəssis”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.
AZƏRSUN HOLDİNQ
Mühasib
Namizədə aid tələblər
– Mühasibatlıq və ya maliyyə ixtisası üzrə tam ali itəhsil (magistr dərəcəsi olması arzuolunandır);
– Mühasib kimi 2-3 il iş təcrübəsi;
– Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
– MS Office, 1C, BTP, EVHF hesabatları mükəmməl səviyyədə bilməli;
– ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə çalışa bilməli.
İş haqqında məlumat
– Vergi, statistika və DSMF hesabatların hazırlanması;
– Maliyyə, büdcə, maya dəyəri hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib edilməsi, düzgünlüyünün analızı və təqdim edilməsi;
– Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
– Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Mühasib”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir