Ağcabədidə avtomobil yolu keçmək istəyən piyadanı vuraraq öldürüb.
“Report”un xəbərinə görə, ötən gün saat 18 radələrində rayonun Kəhrizli kənd sakini Əliyev Mürşüd Əfqan oğlu idarə etdiyi VAZ-2106 markalı avtomobillə Şərəfxanlı kəndinin ərazisində yolu keçmək istəyən piyada Əliyev Asim İldırım oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
www.102info.az