Şəmkir rayonunda intihar hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Çənlibel kəndi ərazisində baş verib.
Səbuhi Əlimərdanov özünü yol qırağında yerləşən ağacdan asıb.
İlkin ehtimala görə, o, ailədaxili problemlər səbəbindən intihar edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini 1985-ci il təvəllüdlü Səbuhi Əlimərdanovun rayonun Çənlibel kəndi ərazisində özünü ağacdan asması barədə məlumat daxil olub:
“Polis əməkdaşları və rayon prokurorluğunun nümayəndələri hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb, hazırda rayon prokurorluğunda araşdırmalar davam etdirilir”.
İlhamə Əbülfət
www.102info.az