“Rayonlarda açılan istehsal müəssisələri subyektiv səbəblərdən fəaliyyətini dayandırır. 10 min nəfər içşisi olan müəssisələrdə formal olaraq 100 nəfər qalır”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib.
Deputat ərzaq qiymətlərinin bahalaşmasından da danışıb.
O bildirib ki, Azərbaycanda ərzaq məhsullarının qiyməti 60% bahalaşıb.
“Maaşı nə qədər artırırıq artıraq, vətəndaşın yaşayışında özünü hiss etdirmir”, – deyə o əlavə edib.
Millət vəkili Azərbaycanda dərman vəsaitlərinin Türkiyə ilə müqayisədə 3 dəfə baha olduğunu da deyib.
“Kimsə mənfəət qazanır, lakin onkoloji xəstələr əziyyət çəkirlər”, – deyə Fazil Mustafa bildirib.
Aqil Vəlili
www.102info.az