Nazirlik rəsmisi: “Dünyada 263 milyon uşaq təhsil əlçatanlığından məhrumdur”

Cəmiyyət

“Dünyada 263 milyon uşaq təhsil əlçatanlığından məhrumdur”.

Oxu.Az xəbər verir ki, bu sözləri Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov deyib.

Onun sözlərinə görə, UNICEF-in məlumatına əsasən, dünyada 129 milyon qız, o cümlədən 32 milyon ibtidai məktəb, 30 milyon aşağı orta məktəb və 67 milyon tam orta məktəb yaşında uşaq məktəbə getmir:

“Uzun sürən münaqişələr, müharibələr qızların məktəbdən qalmasına səbəb olur və təhsildə gender boşluqlarını yaradır. Dünyada təhsil almayan qızların 54%-i böhrandan təsirlənən ölkələrdə yaşayır.

Münaqişənin təsirinə məruz qalan ölkələrdə qızların məktəbdən kənarda qalmaq ehtimalı təsirə məruz qalmayan ölkələrdə yaşayan qızlara nisbətən iki dəfə artıqdır”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir