“Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” konfransının iştirakçıları Ağdamda səfərdədir

Cəmiyyət

Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə dünən başlayan “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın iştirakçıları Ermənistanın 30 ilə yaxın işğalı zamanı tamamilə dağıdılmış Ağdam şəhərinə səfər ediblər.

“Report” xəbər verir ki, Türkiyə, Gürcüstan, Pakistan, ABŞ, Polşa, İtaliya və digər ölkələrdən olan ekspertlər dağıdılmış ərazilərə baxış keçirib, şəhərin bərpası istiqamətində aparılan işlərin gedişi ilə tanış olublar.

Onlar Azərbaycan ərazilərində erməni işğalının, vandalizminin izlərini, o cümlədən Ağdam Dram Teatrının, SSRİ-də bu qəbildən yeganə muzey olan Ağdam Çörək Muzeyinin, Qarabağ xanı Pənahəli xanın və onun ailə üzvlərinin bir zamanlar iqamətgahı və türbəsinin yerləşdiyi “İmarət” kompleksinin qalıqlarını gözləri ilə görüblər.

Səfər proqramına həmçinin Şahbulaq qalasına, Cümə məscidinə və yerlə yeksan edilmiş Şəhidlər xiyabanına ziyarət də daxildir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir