Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslərdən 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 824 193 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 942 nəfər müalicə olunaraq sağalıb, 9 976 nəfər vəfat edib, aktiv xəstə sayı 275 nəfərdir.
Ölkədə son sutka ərzində 2015, hazırkı dövrədək isə 7 369 434 test aparılıb
www.102info.az