Qaradağda ev yandı, dörd nəfər xəstəxanalıq oldu

Cəmiyyət

Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzildə bir ədəd kreslo, bir ədəd ütü və lambirdən ibarət tavan 5 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yanğın zamanı dörd nəfər tüstüdən zəhərlənmə əlamətləri ilə xəstəxanaya aparılıb, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

“Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – məlumatda vurğulanıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir