“Gender anlayışı qadın demək deyil, hüquq bərabərliyidir”.
Oxu.Az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Avropa İttifaqının dəstəyi ilə “Gender bərabərliyi və idarəetmə” mövzusunda keçirdiyi tədbirdə komitənin sədr müavini Sədaqət Qəhrəmanova deyib.
Onun sözlərinə görə, gender deyəndə ilk olaraq qadın hüququ yada düşülür:
“Gender həm qadın, həm də kişilər üçün hüquq bərabərliyi deməkdir. Əsas məqam budur. Bununla yanaşı, məişət zorakılığını aradan qaldırmağın yolları düşünülür. 2006-cı ildə qanun qəbul olunub. Komitə olaraq 3 ildir ki qanunun yerinə yetirilməsi ilə bağlı hesabat veririk.
Dövlət və qeyri-dövlət qurumlarına müraciət edirik ki, işlədikləri təşkilatlarda gender təhlilləri aparsınlar. Gender bərabərliyi qanununun tələbləri regionlarda da həyata keçirilməlidir. Düşünürəm ki, bütün bu məqamlara diqqət edəcəyik”.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid
www.102info.az