Şəmkir sakini ehtiyatsızlıq nəticəsində xəstəxanalıq olub.
Bununla bağlı Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
O bildirib ki, Şəmkir rayon 1994-cü il təvəllüdlü Nicat Aslanlı istixanada işləyən zaman ehtiyatsızlıqdan elektrik naqilinə toxunub.
N.Aslanlı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyəti normaldır.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az