Azərbaycan Tibb Universitetinin (ATU) Rektoryanı Şurasının növbəti iclası keçirilib.
Bu barədə Universitetin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, toplantıda universitetin bəzi əcnəbi tələbələrinin davranışı ilə bağlı qərarlar qəbul edilib, onların ikisinin ali məktəbdən xaric olunmasına dair qərar verilib.
Qeyd edilib ki, ATU-nun 6 əcnəbi tələbəsi universitetdən kənarda olan məkanda digər tələbələrə fiziki zorakılıq və şiddət tətbiq etməklə yanaşı, onları qorxudublar. Zorakılıq aktını video lentə alan tələbələr bu çəkilişi sosial şəbəkələrdə paylaşacaqları ilə digərlərini hədələyiblər. Faktla bağlı Nəsimi Rayon Polis Bölməsində aparılan araşdırma zamanı iki əcnəbi tələbənin – Al Xavaldeh Mohammad Xev Ahmad və Abdullah Mohammad Sahrinin tələbələrə güc tətbiq edərək, fiziki şiddət göstərdiyi təsdiqlənib.
ATU-nun Rektoryanı şurasının üzvlərinin qərarına əsasən, adı çəkilən 2 tələbə universitetdən xaric edilib, hadisədə iştirak edən digər 4 tələbənin (Mohammad Eyhab Ahmed Aldakaç, Al Jivondi Mohammad Nabil Xalid, Al Ali Aussesami, Hafez Mohammed Ali) isə şəxsi işinə qeyd etməklə onlara şiddətli töhmət verilib.
Rektoryanı Şuranın müzakirə etdiyi digər məsələ ATU-nun II müalicə-profilaktika fakültəsinin I kurs tələbəsi Orxan Bəhmənlinin davranışı ilə bağlı olub. O.Bəhmənli noyabrın 17-də anatomiya fənni üzrə keçiriləcək aralıq imtahanlarının suallarının cavablarını əldə edərək digər tələbələr arasında yayıb və bununla da imtahanı pozması təsdiqlənib. Rektoryanı şuranın qərarına əsasən, O.Bəhmənlinin şəxsi işinə yazılmaqla şiddətli töhmət elan edilib.
www.102info.az