Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes-Benz” markalı minik maşını ilə VAZ markalı avtomobil toqquşub. Qəza zamanı üç nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, Tovuz Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Qovlar şəhərində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub:
“Dərhal RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib, nəqliyyatın hərəkətini bərpa ediblər. İlkin araşdırmalar nəticəsində VAZ və “Mercedes-Benz” markalı avtomobillər toqquşublar.
Xəsarət alan Tovuz rayon sakinləri 1989-cu il təvəllüdlü Ceyhun Hacıyev və 1986-cı il təvəllüdlü Üzeyir Haqverdiyev xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətləri normaldır. Xəstəxanaya müraciət edən daha bir nəfər isə müayinə olunduqdan sonra evə buraxılıb”.
www.102info.az