“Kommunal xidmətlərə qoşulma indikatorları ilə bağlı 2022-2023-cü illər üzrə yol xəritəsi hazırlanıb. Ölkə başçısının tapşırığına uyğun hökumət komissiyası yaradılıb”.
Oxu.Az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, eyni zamandan “Azərsu” ASC-də işçi qrupu yaradılıb və “vahid pəncərə” sistemi həyata keçirilib:
“Məqsəd su təchizatı sisteminə qoşulmada səmərəliliyin artırılması, vaxt və zamana qənaətdir. Müvafiq su təchizatı sistemlərinə qoşulma prosesində vaxt məsələsi, müddət məsələsi xüsusilə bir pəncərə sistemi həyata keçirilməyib.
Aidiyyəti yol xəritəsi noyabr ayında baş nazirin müavini Yaqub Eyyubov tərəfindən təsdiq olunduqdan sonra artıq prosedurlar sadələşib. Prosedur sayı 12-dən 3-ə endirilib, proseslərin icra müddəti isə 1 aya qədər azaldılıb”.
O qeyd edib ki, sahibkarlıq subyektləri, kiçik və orta bizneslə məşğul olan sahibkarların müraciətləri “bir pəncərə” sistemindən qəbul ediləcək:
“Vahid pəncərə” sistemindən “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərinə müraciət edəcəklər. 1 ay müddətində ödəniş, eləcə də layihələrin hazırlanması və sahibkarlıq subyektinin su təchizatına qoşulması tam olaraq yekunlaşacaq. Bu da sahibkarların büdcəsində qənaətə gətirib çıxaracaq və şəffaflığı artıracaq. Düşünürəm ki, bu qərar ölkə başçısı tərəfindən əhalinin rifahının yaxşılaşdırılmasına yönələn təqdirəlayiq addımlardan biridir”.
Könül Cəfərli
www.102info.az