Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.
Şəmkir Rayon Polis Şöbəsinə rayonun Kür qəsəbə sakini Anar Babayevin daxilə keçməyən bıçaq xəsarəti alması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən qardaşı, 1982-ci il təvəllüdlü Yaşar Babayev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
www.102info.az