Folklor İnstitutu Həmkarlar İttifaqı üzvlərinə ərzaq yardımı göstərib

Cəmiyyət Gündəm

AMEA Folklor İnstitutu Həmkarlar Ittifaqı Təşkilatı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xalqa müraciət və çağırışlarına səs verərək Koronavirus pandemiyası dövründə institut əməkdaşları arasında maarifləndirmə işlərinin aparılması, institutun aztəminatlı ailələrinə maddi yardım və ərzaq sovqatlarının paylanması məqsədilə bir sıra tədbirlər həyata keçirib.

Hələ pandemiya dövrünün başlanğıcında Folklor İnstitutu Həmkarlar İttifaqı Təşkilatı müvafiq sanitariya və gigiyena-dezinfeksiya xidməti əməkdaşlarının iştirakı ilə Koronavirus pandemiyasına qarşı bir sıra qabaqlayıcı və önləyici tədbirlər həyata keçirib, otaqlar və dəhlizlər dezinfeksiya ediblər.
Təşkilat növbəti tədbirini AMEA Azad Həmkarlar İttifaqının dəstəyi ilə iyun ayının 20-də gerçəkləşdirib. Həmkarlar İttifaqı Təşkilatının sədri, fil.ü.f.d., dosent T. Orucov və Folklor İnstitutunun ümumi işlər üzrə direktor müavini A. Gülməmmədovun iştirakı ilə institutun 140-dan çox əməkdaşına ərzaq yardımı göstərilib.

Folklor İnstitutu Həmkarlar İttifaqı Təşkilatı gələcəkdə də bu cür xeyirxah tədbirlərinin həyata keçirilməsini planlaşdırır.

aia.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir