Sumqayıt şəhərində qətl hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saat 10 radələrində Sumqayıt şəhəri Bağlar sahəsində 1976-cı il təvəllüdlü Aydın Həsənovun bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən A.Həsənovun Sumqayıt şəhər sakini, spirtli içki aludəçisi, 1975-ci il təvəllüdlü Anastasiya Həmzəyeva tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
O, saxlanılaraq istintaqa təhvil verilib.
www.102info.az