QİÇS-ə yoluxanlar ailə həyatı qura bilərlər? – HƏKİM AÇIQLADI

Cəmiyyət

“QİÇS-ə yoluxanların ailə qurması ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Bu, könüllü izdivacdır”.

Oxu.Az-ın məlumatına görə, bu sözləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsindəki canlı yayımın qonağı Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.

“Bu günə qədər HİV-ə yoluxan qadınlardan xəstə övlad dünyaya gəlməyib. Qeyd edirik ki, HİV-ə yoluxan qadınlar bunu gizlətməsinlər. Hamilə qalmaqdan da qorxmasınlar. Bu gün tibb inkişaf edib və onlar da sağlam övlad sahibi ola bilərlər”.

Həkim onu da qeyd edib ki, QİÇS, HİV xəstəliyinə şəxs və ya şəxslərin qəsdən yoluxdurulmasına görə qanunvericilikdə məsuliyyət nəzərdə tutulur.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir