Ağdamda iki avtomobil toqquşdu, xəsarət alanlar var

Cəmiyyət

Ağdam rayonunun Yüzbaşılı kəndi ərazisində iki avtomobil toqquşub, xəsarət alanlar var.

“Report”un məlumatına görə, yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alan hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətlərilə xəstəxanaya yerləşdiriliblər.

Yaralılardan birinin vəziyyəti qismən ağır olduğu üçün o, Bərdə rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda yaralıların kimliyi və hadisənin necə baş verməsi araşdırılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir