İtin hücumuna məruz qalan 13 yaşlı qız öldü

Cəmiyyət

Qubada itin hücumuna məruz qalan yeniyetmə qız vəfat edib.

“Kriminalqafqaz”ın məlumatına görə, hadisə rayonun İkinci Nügədi kəndində baş verib.

Bir neçə gün əvvəl kənd ərazisində it 2009-cu il təvəllüdlü Gültəkin Orucovaya hücum edib. Hadisə qızın yaşadığı evin həyətində baş verib. Küçə itləri həmin gün həyətə daxil olublar. 

Həmin hadisə zamanı it qızı qapmasa da, yeniyetmə şiddətli sarsıntı keçirib. Bildirilib ki, hadisədən sonra qızın səhhəti kəskin pisləşib. O, əvvəlcə Qubadakı xəstəxanaya çatdırılıb, daha sonra Bakıya gətirilib və ötən gün paytaxtdakı tibb müəssisəsində vəfat edib.

Qeyd edək ki, G.Orucova İkinci Nügədi kənd 1 saylı orta məktəbin 8-ci sinif şagirdi olub. 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir