Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən 1 noyabr 2022-ci il tarixində elan olunmuş “MEDİA – Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlanıb.
“Report” xəbər verir ki, qaliblərin siyahısında “Global Media Group” holdinqin tərkibinə daxil olan media qurumlarının altı əməkdaşı da var.
Onlar “Report”un əməkdaşları İmdad Əlizadə və Tural İbadlı, “Oxu.Az” saytının əməkdaşları Aqşin Kərimov və Könül Soltanova, “Kaspi” qəzetinin əməkdaşları Böyükxanım Kərimova və Aygün Cəfərovadır.
www.102info.az