Bakıda 25 yaşlı gənc qızı doğum günündə avtomobil vurdu

Cəmiyyət

Bakının Binəqədi rayonunda gənc qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil 7-ci mikrorayon ərazisində yolu keçən 1997-ci il təvəllüdlü Ağayeva İnci Valeh qızını avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub.

Qeyd edək ki, İ.Ağayevanın bü gün doğum günüdür.

Hadisənin təfərrüatı araşdırılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir