Bakının Xəzər rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, Binə qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü Məmməd Sirac Sahib oğlu ağır xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona boyun fəqərəsinin sınığı diaqnozu qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.
www.102info.az