Sabirabadda qaz balonu partlayıb: Ər-arvad yanıq xəsarətləri alıb

Cəmiyyət

Sabirabadda partlayışı nəticəsində ər-arvad yanıq xəsarətləri alıb.

“Report”un məlumatına görə, hadisə rayonun Quruzma kəndində qeydə alınıb.

Belə ki, qaz balonunun partlayışı nəticəsində ev sahibləri 1967-ci il təvəllüdlü Babayev Abdul Abusəməd oğlu və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü Babayeva Gültəkin Zəbulla qızı üz və bədənin müxtəlif hissələrindən yanıq xəsarətləri alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az