Şəkidə ağac emalı sexində qanunsuzluq aşkarlanıb

Cəmiyyət

Şəkidə ağac emalı sexində qanunsuzluq aşkarlanıb.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Şəki rayonu, Qoxmuq kəndi ərazisində keçirilən nəzarət tədbirləri zamanı rayon sakini Ramin Musayevə məxsus ağac emalı sexində qanunsuz yolla əldə edilmiş 51,67 kubmetr həcmində işlik meşə materialı müəyyən edilib. Bunu Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.

Faktla bağlı akt tərtib olunub və dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir