DİN şagirdin müəllim tərəfindən döyülməsi iddiası ilə bağlı araşdırma aparır

Cəmiyyət

Şamaxı şəhərində yerləşən tam orta məktəbdə şagirdin müəllim tərəfindən döyülməsi iddiası ilə bağlı araşdırma başladılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib.

O bildirib ki, xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və aparılan araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, ötən gün Şamaxı şəhəri 3 saylı tam orta məktəbin 7-ci sinif şagirdi R.İ.-nin həmin məktəbin tarix müəllimi Təranə Əsgərova tərəfindən döyüldüyü iddia edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir