Bakıda oğurluq etmək istəyən şəxslər iş başında saxlandılar

Cəmiyyət

Oğurluğa cəhd göstərən iki nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Dekabrın 1-də saat 22 radələrində Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin metal dekorativ borularını kəsərək oğurlamağa cəhd göstərən iki nəfər ərazidə xidmət aparan Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onların Füzuli rayon sakini Adəm Şükürov və Şirvan şəhər sakini Məhərrəm Səfərov olmaları məlum olub. 

Saxlanılanlar Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir