Şirvanda 15 yaşlı yeniyetmə canına qəsd etmək istəyib.
APA-nın məlumatına görə, Şirvan sakini, 2007-ci il Ş.H. yaşadığı Naxçıvan küçəsi 174 ünvanında özünü asaraq intihara cəhd edib.
Son anda yaxınları tərəfindən xilas edilən 15 yaşlı yeniyetmə Şirvan xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az