Göyçayda avtomobil piyadanı vuraraq öldürüb

Cəmiyyət

Göyçayda avtomobil piyadanı vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini Fərid Zəkəriyəyev idarə etdiyi VAZ-2106 markalı avtomobillə Bığır-Hacalıkənd yolunda hərəkətdə olan zaman piyada, 1957-ci il təvəllüdlü Vasib Cəlilovu vurub.

Xəstəxanaya yerləşdirilən V.Cəlilov orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

www.102info.az