Astarada avtomobil dərəyə aşıb: Ata öldü, oğlu xəsarət aldı

Cəmiyyət

Astara rayonunda atanın ölümü, oğulun isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun dağlıq ərazisində yerləşən Motalayataq kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini 1967-ci il təvəllüdlü Zakir Lələyevin idarə etdiyi “Niva” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin – sürücünün oğlu, 1995-ci il təvəllüdlü Ruslan Aydınzadə isə xəsarət alıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir