Bakıya gələn mikroavtobus qəzaya uğradı: Yaralılar var

Cəmiyyət

İsmayıllı rayonunda ağır avtomobil qəzası baş verib.

Oxu.Az-ın məlumatına görə, Şəki-Bakı marşrutu ilə hərəkət edən mikroavtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi ağaca çırpılıb. 

Hadisə nəticəsində, sürücü 1986-cı il təvəllüdlü ElxanYusibov, sərnişinlər – Əmrah Əmrahov, Sərdar Manafov, Xəyalə Nağıyeva və digər üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 45-ci kilometrliyində, İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində “Mercedes-Vito” markalı avtomobilin sürücüsü, Şəki rayon sakini Elxan Yusifovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan yeddi nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir