Psixiatr, professor Nadir Əliyev vəfat edib.
Bu barədə onun həmkarı, psixiatr Aytən Namazova məlumat verib.
O bildirib ki, müəllimi olan Nadir Əliyev bu gün onkoloji xəstəlik səbəbindən vəfat edib.
Qeyd edək ki, professor Nadir Əliyev 1946-cı ildə Naxçıvanda anadan olub. O, müxtəlif illərdə 2 saylı Xüsusiləşdirilmiş Vərəm Sanatoriyası, Bakı Şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanseri, 2 saylı Psixiatrik Kliniki Xəstəxanada işləyib, dispanserin baş hәkimi olub.
Nadir Əliyev Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Psixiatriya kafedrasında fәaliyyәt göstәrirdi. Tәdqiqatları, әsasәn, müxtәlif psixi pozuntuların farmakoterapiyası üzrәdir. 150-dәn çox elmi әsәrin müәllifidir.
www.102info.az