Xocavənd Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.
“Qaynarinfo” xəbər verir ki, bu vəzifəyə Nəbiyev Canəli Xanəli oğlu təyinat alıb.
Qeyd edək ki, Nəbiyev Canəli Xanəli oğlu 1972-ci ildə Göyçə mahalının Zərkənd kəndində anadan olub.
1990-cı ildə Azərbaycan Tibb Universitetinə daxil olub. 1996-ci ildə Pediatriya fakültəsini bitirib. 1996-1997-ci illərdə M.Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında həkim-interna olub. 1997-2001-ci illərdə Müdafiə Nazirliyində hərbi həkim kimi çalışıb. 2001-ci ildən 2014-cu ilə qədər 3 saylı Bakı şəhər Klinik Xəstəxanasında həkim-anestezioloq-reanimatoloq, Qan köçürmə şöbəsində müdir vəzifələrində çalışıb.
2015-2022-ci illərdə Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat blokunun müdiri vəzifəsində çalışıb.
www.102info.az