Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının yerləşdiyi Gəncə prospektində hərəkət tam nəzarətdədir və yol nizamlanır.
Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.
Qeyd edək ki, dekabrın 6-da DSX-nin Akademiyasının əsas korpusunda yanğın baş verib. Yanğın qısa zamanda söndürülüb.
DSX-nin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla qurumun rəhbər heyəti hadisə yerinə gəlib.
www.102info.az